Futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Namiq Məmmədkərimov və Fərid Atakişiyevin əvəzində Ramiz Çovdarov və İsa Atayev milli komandaya dəvət olunub.
Qeyd edək ki, Azərbaycan yığması 8-9 apreldə Bakıda, 10 - 12 apreldə Latviyada, 13 - 1. apreldə Serbiyada təlim-məşq toplanışı, toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək.