“Zirə” klubu tarixində 200-cü qolu vurub.
Sportnet.az xəbər verir ki, bu qol Azərbaycan Premyer Liqasının XXIII turuna təsadüf edib. “Bakcell Arena”da “Neftçi”yə 2:4 hesabı ilə uduzan “qartallar”ın vurduğu ikinci top yubiley xarakteri daşıyıb. Bu qola penaltini dəqiq yerinə yetirən Mfo Kqasvane imza atıb.
2014-cü ildə yaradılan “Zirə” indiyədək 161 oyun keçirib. Bu matçlarda 200 qol vuran komandanın orta məhsuldarlığı 1,24-ə bərabərdir.
Qollardan 125-i Premyer Liqa, 55-i Birinci divizion, 15-i Azərbaycan kuboku, 5-i UEFA Avropa Liqasına təsadüf edib. “Qartallar” evdə 110, səfərdə 90 dəfə fərqlənib.