
"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın XXIV turunda "Qarabağ"a səfərdə 0:3 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 49 yaşlı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.
- Gördüyünüz kimi, "Qarabağ" bizi hər cəhətdən üstələdi. İtkilərimiz özünü göstərdi. "Qarabağ" layiqli qələbə qazandı.
- Yeni mövsümlə bağlı planlarınız necədir? Komandada qalacaqsınız?
- Mövsümün sonunu gözləyirik. Bundan sonra söhbət olacaq. Hələ ki rəhbərliklə söhbət olmayıb.