İngiltərənin "Time" jurnalı ənənəvi olaraq dünyanın 100 ən nüfuzlu şəxslərinin siyahısını dərc edib.
Sportnet.az-ın məlumatına görə, siyahıda çoxsaylı siyasətçi, aktyor, ictimai xadim və müsiqiçilərlə bərabər idmançılar da yer alıb.
"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah, ABŞ-ın “Los-Anceles Leykers” komandasının basketbolçusu Lebron Ceyms, yaponiyalı tennisçi Naomi Osaka, ABŞ qolfçusu Tayger Vuds da "100-lük"dədir.
Qadın idmançılardan isə Fransa "Lion"unda çıxış edən ABŞ futbolçusu Aleks Morqan və cənubi afrikalı atlet Kaster Semenyaya yer verilib.