UEFA Avropa Liqasında həftənin rəmzi komandasını açıqlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən tərtib olunan “11-lik”də “Valensiya”nın (İspaniya) 4, “Ayntraxt”ın (Almaniya) 3, “Çelsi” (İngiltərə) və “Slaviya”nın (Çexiya) 2 futbolçusu yer alıb.
Qapıçı: Norberto Murara Neto (“Valensiya”)
Müdafiəçilər: Danni da Kosta (“Ayntraxt”), Muktar Diakabi, Antonio Latorre (hər ikisi “Valensiya”)
Yarımmüdafiəçilər: Makoto Hasebe, Filip Kostiç (hər ikisi “Ayntraxt”), Tomaş Souçek, Petr Şevçik (hər iksi “Slaviya”), Daniel Parexo (“Valensiya”)
Hücumçular: Pedro Rodriqes, Olivye Jiru (“Çelsi”)
Qeyd edək ki, Avropa Liqasının yarımfinalında “Arsenal” – “Valensiya” və “Ayntraxt” – “Çelsi” duelləri olacaq.