AFFA-nın təşkilatçılığı ilə 2 aprel – Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar turnir keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarışda Milli Məclisin əməkdaşlarından, incəsənət nümayəndələrindən, jurnalistlərdən və idmançılardan ibarət 4 komanda iştirak edib. İncəsənət nümayəndələrinin komandası turnirin qalibi olub.
Jurnalistlərdən və idmançılardan təşkil olunmuş komandalar müvafiq olaraq ikinci və üçüncü pilləni tutub.