“Sabah”ın U-12 komandası Xorvatiyanın Split şəhərindəki “Dalmatinko Cup”da iştirak edən turnir çərçivəsində daha 2 oyun keçirib.
Samir Əbdürəhmanovun baş məşqçi olduğu kollektiv əvvəlcə Xorvatiyanın “Primorats-2” komandası ilə qarşılaşıb. Görüş "Sabah"ın minimal hesablı qələbəsi ilə nəticələnib - 1:0. Yeganə qola Amur Yusifov imza atıb.
Daha sonra "Sabah" Polşanın “Qurnik" (Zabrje) komandası ilə qolsuz heç-heçə edib - 0:0.
Azərbaycan təmsilçisi bu nəticələrdən sonra qrup mərhələsini lider kimi başa vurub.
Qeyd edək ki, "Sabah" qrupdakı əvvəlki oyunlarında “Hayduk”a 1:0, “İmotski”yə isə 2:0 hesabı ilə qalib gəlib.