İngiltərənin "Arsenal" komandasının baş məşqçisi Unay Emeri karyerasında dördüncü dəfə Avropa Liqasında final həyəcanı yaşayacaq.
Sportnet.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu göstəricidə rekorda imza atacaq. İndiyədək heç bir baş məşqçi Avroliqa finalına 4 dəfə komanda çıxarmayıb.
Emeri əvvəllər İspaniya "Sevilya"sı ilə 2014, 2015 və 2016-cı illərdə həlledici matçın iştirakçısı olub. O, bütün finallardan qalib ayrılıb.
Qeyd edək ki, Unay Emeri "Arsenal"ın baş məşqçisi kimi yarımfinalda daha bir sabiq komandası İspaniya "Valensiya"sını üstələyib - 3:1, 4:2. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında rəqib hazırda davam edən "Çelsi" (İngiltərə) - "Ayntraxt" (Almaniya) görüşünün qalibi olacaq.