Futbol üzrə Şotlandiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma Stiv Klarka həvalə olunub. 56 yaşlı mütəxəssisin müqaviləsi 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Stiv Klark vaxtı ilə İngiltərə "Çelsi"sində Joze Mourinyonun köməkçisi olub.