
"Keşlə" klubu 2018-2019 mövsümündə ilk transferini reallaşdırıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, komanda qapıçı Rəşad Əzizlini heyətinə qatıb. 25 yaşlı qolkiperlə müqavilə 1+1 şərti ilə bağlanılıb.
Qeyd edək ki, Rəşad Əzizli ötən mövsüm "Sumqayıt"da çıxış edib.