
“Səbail” klubunun məşqçi və inzibati heyəti bu gündən etibarən İlkin Tibbi Yardım (İTY) kurslarında iştirak edir.
Sportnet.az xəbər verir ki, “Səbail” FK-nın maliyyə xərclərini qarşıladığı seminar başa çatdıqdan sonra kurs iştirakçıları imtahan verib sertifikata sahib olacaqlar.
“Səbail” Futbol Klubunun bu gündən qüvvəyə minən qaydalarına əsasən klubumuzda çalışan bütün yaşlar üzrə məşqçilər İTY sertifikatına sahib olmalıdırlar.