Mauritsio Sarri İtaliyanın "Yuventus" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssislə müqavilə 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub. Sarri bu postda Massimiliano Alleqrini əvəzləyib. Alleqri "Yuventus"a 2014 - 2019-cu illərdə rəhbərlik edib.
İtaliyalı jurnalist Nikkolo Çekkarini şəxsi "Twitter" hesabında yazıb ki, Sarri Turin klubunda ilinə 6 milyon avro alacaq. Mütəxəssis üç illik müqavilə müddəti ərzində müvafiq olaraq 18 milyon avro qazanacaq.
Qeyd edək ki, Mauritsio Sarri 2018-ci ilin yayında İngiltərənin "Çelsi" komandasının baş məşqçisi təyin olunub. "Zadəganlar" italiyalı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada üçüncü yeri tutub, İngiltərə Liqa Kubokunun finalına qədər iləliləyib və Avropa Liqasının qalibi olub.