Henrik Larsson İsveç "Helsinqborq"una yeni baş məşqçi təyin olunub.
Sportnet.az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu vəzifədə ikinci dəfə çalışacaq.
O, 2014 - 2016-cı illərdə də "Helsinqborq"a rəhbərlik edib. Daha sonra isə Larsson fanatların onun futbolçu oğluna hücum etməsindən sonra klubdan ayrılıb. Həmin mövsümün yekununda bu komanda İsveç birinci liqasını tərk edib.
Cari mövsümdə isə "Helsinqborq" İsveç çempionatında 14-cü yerdə qərarlaşıb.