Françesko Totti hazırda texniki direktor vəzifəsində çalışdığı İtaliyanın "Roma" klubunu tərk etməyə qərar verib.
Sportnet.az-ın "Sky Sport Italia"ya istinadən məlumatına görə, sabiq futbolçu qərarını bu gün mətbuat konfransında rəsmən açıqlayacaq. Bildirilir ki, Totti klubundakı rolundan narazıdır. Onu "Roma"da qərarların qəbulu prosesinə qatılmaması qane etmir.
Qeyd edək ki, Françesko Totti "Roma"da 1989-cu ildə gənclər komandasında debüt edib. 3 ildən sonra o, əsas heyətdə ilk matçını keçirib. Totti bütün peşəkar karyerasını (1992 - 2017) paytaxt təmsilçisinə həsr edib. Əfsanəvi hücumçu "canavarlar"ın heyətində İtaliya çempionluğu, habelə, hərəyə 2 dəfə ölkə kuboku və Superkubokunu qazanıb. Totti karyerasını bitirəndən dərhal sonra klub strukturunda vəzifə alıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |