İtaliyanın Neapol şəhərinin "Silio Italico" küçəsindəki evin divarından "Napoli"nin sabiq baş məşqçisi Mauritsio Sarrinin şərəfinə asılmış lövhəcik götürülüb.
Sportnet.az xəbər verir ki, nuna Sarrinin "Çelsi"ni tərk edərək Turinin "Yuventus" klubuna baş məşqçi təyin olunması səbəb olub.
Lövhəcikdə bunlar yazılmışdı: "Burada "comandante" Sarri doğulub. Neapol sakinləri gözəllik memarına minnətdardırlar. Əlvida, "comandante"!".
60 yaşlı mütəxəssis 2015-2018-ci illərdə "Napoli"ni çalışdırıb. Neapol klubu onun rəhbərliyi altında "Yuventus"la iki dəfə çempionluq uğrunda mübarizə aparıb, lakin hər ikisində də çempionatı ikinci yerdə başa vurub.
Sarri ötən mövsüm "Çelsi"də işləyib. "Zadəganlar" italiyalı baş məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında üçüncü yeri tutub, İngiltərə Liqa Kubokunun finalına qədər iləliləyib və Avropa Liqasının qalibi olub.