Keşlə" klubu futbolçusu Samir Məsimovla yollarını ayırıb.
Paytaxt təmsilçisinin Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Samir Məsimov 2018-ci ilin avqustunda "Keşlə"yə keçib və onunla iki illik müqavilə imzalanıb.