
FIFA yaxın vaxtlarda Afrika futbolunun idarəçiliyini tam şəkildə üzərinə götürəcək.
Sportnet.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bununla bağlı qərar Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Bildirilir ki, qurumdakı korrupsiya qalmaqalları üzündən bu cür addım atılıb.
Afrika futbolundakı problemlərlə FIFA-nın baş katibi Fatma Samuranın məşğul olacağı gözlənilir.
Qeyd edək ki, FIFA-nın Etika Komitəsi korrupsiyada ittiham olunan CAF-ın hazırkı prezidenti Əhməd Əhməd barəsində araşdırma aparır. İyunun 21-də Misirin paytaxtı Qahirədə Afrika Millətlər Kuboku start götürəcək.