İspaniyanın "Barselona" klubu "Atletiko"nun futbolçusu Antuan Qrizmann ilə müqavilə bağlayıb.
Sportnet.az-ın məlumatına görə, klubun rəsmi "Twitter" səhifəsi bununla bağlı qısa video-çarx paylaşıb. 28 yaşlı hücumçunun Kataloniya təmsilçisinin formasındakı fotosunda bu sözlər yazılıb: "Biz bunu gözləyirdik".
28 yaşlı forvardın transferi "Barsa"ya 120 milyon avroya başa gəlib. Fransalı oyunçunun müqaviləsi 30 iyun 2024-cü ilədək nəzərdə tutulub. Bu müddətdə hər hansı klub 800 milyon avro ödəyərək, Qrizmanna sahib ola bilər.
Qeyd edək ki, Antuan Qrizmann peşəkar futbolçu karyerasına 2009-cu ildə "Real Sosyedad"da başlayıb. O, 2014-cü ildə 30 milyon avro qarşılığında "Atletiko"ya transfer olub. Qrizmann Fransa millisinin heyətində 6 qolla 2016-cı il Avropa çempionatının bombardiri, 2018-ci il dünya çempionatının isə qalibi olub.
You were waiting for this. pic.twitter.com/vVR0Prmy0b
— FC Barcelona (@FCBarcelona) July 12, 2019