
Rusiya Premyer Liqasında 2019/2020 mövsümünə start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi Tula "Arsenal"ı ilə Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu Moskva "Dinamo"su üz-üzə gəlib.
Tuladakı "Arsenal" stadionunda keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətində yer alan Şeydayev 87-ci dəqiqədə yerini Vyaçeslav Qrulevə verib.
Rusiya Premyer Liqası, I tur
12 iyul
21:00. "Arsenal" (Tula) - "Dinamo" (Moskva)
Qollar: Giya Qriqalava, 84 - Migel Kardozu, 16
Qeyd edək ki, ilk turun qalan görüşləri 13 - 15 iyulda keçiriləcək.