"Futbolçuları təbrik edirəm. İntizamlı oyun gördük. Bütün həftəni ciddi hazırlaşdıq. Tapşırıqları yerinə yetirdikləri üçün oyunçulara təşəkkür düşür. Matç gərgin keçdi. Rəqib xarakterli komanda idi. Futbolçularımız intizamlı oyunla rəqibin qarşısını aldı". Sportnet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında İrlandiya "Dandolk"unu 1:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib. 47 yaşlı mütəxəssis bildirib ki, futbol 2-3 nəfərdən ibarət deyil. Kollektiv şəklində intizamlı oynadıq. Biri səhv edəndə digəri sığortalayırdı. Hər biri əziyyət çəkdi. Əziyyətlərini itirə bilmərik". Təcrübəli məşqçi deyib ki, 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil: "Məğlub olan kollektiv sürəti artırır. Bəzi səhvlər etdik. Oyun boyu dayanmadan hücum etmək mümkün deyil". Qurbanov zədələnən Filip Ozobiçin durumuna sabah aydınlıq gələcəyini vurğulayıb. O, III təsnifatda qarşılaşacaqları Kipr APOEL-i barədə də danışıb: "Onların matçlarına baxmışıq. Bizi maraqlı qarşılaşmalar gözləyir". Məşqçi qarşılaşmada polislə azarkeşlər arasında yaşanan insidentdən də söz açıb: "Polislə azarkeş mehriban düşməndir. Əksər matçlarda belə olub. Aralarında problem yaranıb. Həmişə fanatlarımızın yanında olmuşuq. Mehriban düşmən yox, dost olmaq lazımdır". Qurbanov yenidən APOEL barədə fikirlərini bölüşüb: "Bu idmandır. İdman prinsiplərinə əməl etməliyik. Bütün diqqətimiz meydandan qələbə ilə ayrılmaqdır".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |