UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq İsrail təmsilçisi “Bney Yehuda”nın 2019/2020 mövsümü üçün büdcəsi açıqlanıb.
Sportnet.az “Mako” portalına istinadən xəbər verir ki, Təl-Əviv klubunun büdcəsi ötən mövsüm olduğu kimi 18 milyon şekel (8,7 milyon manat) təşkil edəcək. Bu məbləğin yarısı oyunçuların maaşlarına və transferlərə sərf olunacaq. “Bney Yehuda” yaxın zamanda bir neçə futbolçunun keçidini planlaşdırır.
Xəbərdə baş məşqçi Yossi Abukasisin “Neftçi” ilə səfərdə keçirəcəyi ilk oyunda şans verəcəyi bəzi futbolçulardan da bəhs edilib. Bildirilir ki, 3-5-2 taktikasına uyğun olaraq, müdafiənin mərkəzində Din Mori, Ben Ari və Daniel Felczerdən ibarət “üçlük” yer alacaq. Hücumda isə Dor Yan və Mohammed Qadir ilk dəqiqələrdən meydanda olacaqlar.
Qeyd edək ki, avqustun 8-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.