İsrail "Bney Yehuda"sı "Neftçi" ilə keçirdiyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda futbolçu itkisi ilə üzləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi Paz Ben Ari matçın son dəqiqələrində zədələnib. 23 yaşlı oyunçu Bakıdakı xəstəxanaların birinə aparılıb. Ona dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu qoyulub.
Müdafiəçi xəstəxanadan gecə saatlarında qolu gipsli halda buraxılıb və komandanın qaldığı otelə qayıdıb. Ari İsrailə döndükdən sonra növbəti dəfə yoxlamadan keçəcək və onun son durumu məlum olacaq.
Qeyd edək ki, "Neftçi" - "Bney Yehuda" matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab görüşü avqustun 15-də Təl-Əvivdə olacaq.