"Neftçi” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsrailin "Bney Yehuda” klubu ilə ilk oyunundan (2:2) sonra bərpa məşqi edib.
Sportnet.az xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlıq keçib. Sabah istirahət edəcək "ağ-qaralar” avqustun 11-də cavab matçının hazırlığına start verəcək.
Qeyd edək ki, avqustun 15-i Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda keçiriləcək "Bney Yehuda” – "Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq