Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Moskva "Dinamo"sunun heyətində Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu V turda keçmiş komandası "Zenit"ə qarşı ev oyununda forma geyinib. 90 dəqiqə meydanda olan "Dinamo"nun 0:2 hesablı məğlubiyyətinə əngəl ola bilməyib.
Bu nəticədən sonra 5 xalla 11-ci pilləyə enib. Xallarını 13-ə çatdıran "Zenit" isə vahid liderliyini davam etdirir.