Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Ömər Toprak "Verder"ə keçib.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi bir mövsümlük icarəyə verilib. Toprak "Borussiya"da 2017-ci ildən çıxış edir. O, ötən mövsüm Bundesliqada 9 oyunda forma geyinib.
Türkiyəli futbolçu əvvəllər "Frayburq" və "Bayer"in də heyətində yer alıb və 2011 - 2017-ci illərdə milliyə çağırılıb. "Verder" isə ötən mövsüm 8-ci yeri tutub.