
İtaliya "İnter"inin və Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç Almaniya "Bavariya"sına keçib.
Sportnet.az-ın Münhen təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi sonradan birdəfəlik alınması şərti ilə 2019/2020 mövsümünün sonunadək icarəyə götürülüb. Bu, Perişiçin Almaniyaya ikinci qayıdışıdır. Təcrübəli oyunçu 2015-ci ilin avqustunda "İnter"ə transfer olunmamışdan əvvəl Dortmund "Borussiya"sı və "Volfsburq"da çıxış edib.
Qeyd edək ki, İvan Perişiç Xorvatiya millisinin üzvü kimi martın 22-də Azərbaycan yığmasına qarşı AVRO-2020-nin seçmə oyununda sonadək meydanda olub.