İngiltərənin "Çelsi" klubu futbolçusu Davide Zappakostanı icarəyə verib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı cinah müdafiəçisi bir il ərzində İtaliyanın "Roma" kollektivində çıxış edəcək. İtaliya oyunçu artıq yeni klubunda tibbi müayinədən də keçib.
Qeyd edək ki, Davide Zappakosta 2017-ci ildən "Çelsi"nin formasını geyinir. O, bu il London təmsilçisinin heyətində finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub. Həmin görüşdə "Çelsi" İngiltərənin digər klubu "Arsenal"ı 4:1 hesabı ilə üstələyib.