Türkiyənin I Liqasında çıxış edən “Giresunspor”u tərk edən Azərbaycan millisini futbolçusu Ozan Can Kökçünin “Sabah”a keçidi rəsmiləşib.
Sportnet.az paytaxttəmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Kökçü indiyə qədər Azərbaycanın U-21 yığmasının formasını geyinib. O, daha öncə Hollandiyanın “Valveyk” və Türkiyənin “Bursaspor” komandalarında çıxış edib.