
ABŞ-ın "Los-Anceles Qelaksi" komandasının sabiq futbolçusu Kolin Klark vəfat edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi 35 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Lakin ölkə mətbuatı Klarkın infarkt keçirdiyi yazıb.
Qeyd edək kİ, Kolin Klark 2016 - 2013-cü illərdə MLS-də "Kolorado Repids" və "Hyuston Dinamo" komandalarının formasını geyinib. O, 2013-cü ildə "Los-Anceles Qelaksi"də çıxış edib. Yarımmüdafiəçi 2009-cu ildə ABŞ milli komandasının da şərəfini qoruyub.