
Marsel Kayzer Portuqaliya "Sportinq"inin baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssisi əvvəllər klubun gənclər komandasına rəhbərlik etmiş Leonel Ponteş müvəqqəti əvəzləyib.
Kayzer "Sportinq"ə 2018-ci ilin noyabrında baş məşqçi təyin olunub. O, ötən mövsüm Portuqaliya Kubokunu və Liqa Kubokunu əldə edib.
Cari çempionatda 4 turdan sonra Sportinq" 7 xalla 5-ci yeri tutur. Lider isə 10 xal toplamış "Famalikan"dır.
Qeyd edək ki, "Sportinq" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olub.