"Daha öncə Azərbaycana gələn İspaniya klubları haqqında məlumatım var. "Qarabağ"da güclü futbolçular var. Bu da rəqiblərin qələbə qazanmasını çətinləşdirir. Həmin vaxt digər klubların da işləri çətinə düşmüşdü".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Sevilya"nın baş məşqçisi Xulen Lopetegi "Qarabağ"la qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, bütün çətinliklərə baxmayaraq qazanacağımıza çalışacağıq.
İspaniyalı məşqçi La Liqanın növbəti turunda "Real Madrid"lə qarşılaşacaqlarını ancaq heyətdə ciddi dəyişiklik etməyəcəklərini sözlərinə əlavə edib: "Bizim üçün sadəcə bir oyun var, o da "Qarabağ"a qarşı. Sabah Avropa Liqasında ilk oyunumuz olacaq. Bütün gözləntilərin qarşılığını verəcəyik. Sabah meydana ən yaxşı heyəti çıxaracağıq. Bütün oyunçularımız hazır vəziyyətdədir. Təbii ki, heyətdə bəzi dəyişikliklər ola bilər. Biz hələ ki, yalnız bu oyunu fikirləşirik".