
"Sabah" klubunun futbolçusu Cavid İmamverdiyev uzun müddətə sıradan çıxıb.
Bu barədə Sportnet.az-a 29 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, Azərbaycan Premyer Liqasının VI turunda "Səbail" komandası ilə oyun zamanı zədələndiyini bildirib: "Baldır əzələm yırtılıb. Ən azı bir ay oynamayacağam".
Qeyd edək ki, Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu seçilib. O, iki mövsümdür çıxış etdiyi "Sabah"ın hazırda vitse-kapitanıdır.