"Qrupda birinci yeri tutmaq istəyirdik. İlk hissədə istədiyimizi yerinə yetirə bilmədik. İkinci yarıda isə buna nail olduq".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən 3-cü qrupunun III tur qarşılaşmasında Slovakiya üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib. Təcrübəli oyunçu baş məşqçi Joze Alesio Da Silvanın tapşırıqlarını yerinə yetirdiklərini bildiib: "Gec də olsa, sonda qələbəni əldə qazandıq. Azarkeşlərə də təşəkkürümü bildirirəm".
Fərzəliyev azərbaycanlı oyunçuların çıxışından da bəhs edib: "Bizim futzal məktəbimiz yoxdur. Elə yaşda gəlirlər ki, bir az gec olur. Futzalçı 20-25 yaşında peşəkar olmalıdır. Bu gün bizdə yerli oyunçular pis çıxış etmədilər. Onlar özlərini yaxşı tərəfdən göstərdilər. Düşünürəm ki, baş məşqçimiz növbəti mərhələdə də onlardan yararlanacaq".