Uels milli komandasının futbolçusu Qaret Beyl İspaniya "Real Madrid"inin sərəncamına dönüb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı oyunçu İngiltərənin paytaxtı Londonda olub. Əzələ zədəsindən bərpa dövrü keçən Beyl fərdi proqramla çalışır. O, noyabrın 2-də "Real Madrid"in "Betis"ə qarşı keçirəcəyi La Liqanın XI tur matçında iştirak etməyəcək.
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində isə Uels millisi noyabrın 16-da Bakıda Azərbaycan, noyabrın 19-da Kardiff şəhərində Macarıstanla qarşılaşacaq. Beylin bu oyunlaradək hazır vəziyyətə gələcəyi gözlənilir.
Qeyd edək ki, hazırda "Real Madrid" La Liqada 10 oyuna 21 xalla 2-ci pillədə qərarlaşıb. Uels isə AVRO-2020-nin seçmə tsiklində E qrupunda 8 xalla 4-cü yeri tutur.