
Azərbaycan Premyer Liqasının X turunda keçirilən "Zirə" - "Sumqayıt" matçını əcnəbi vətəndaşlar da izləyir.
Sportnet.az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionundakı görüşdə rumıniyalı fanatlar tribunada əyləşiblər. Onlar "Zirə"nin rumıniyalı müdafiəçisi Adrian Skarlatake üçün Zirəyə gəliblər.
Qeyd edək ki, hazırda matçda hesab bərabərdir - 1:1.