
"Zirə" komandasının futbolçusu Adrian Skarlatake zədələnib.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi Premyer Liqanın X turunda "Sumqayıt"la ev matçının ikinci yarısında xəsarət alıb. Onun yerinə meydana Miloş Bakraç daxil olub.
Qeyd edək ki, hazırda qarşılaşmada hesab bərabərdir - 1:1.