Almaniyanın "Bavariya" klubu baş məşqçi Niko Kovaçı istefaya göndərib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, xotvatiyalı mütəxəssislə müqavilə ikitərəfli razılıq əsasında pozulub. Münhen təmsilçisi Kovaça göstərdiyi xidmətləri qarşılığında təşəkkür edib və ona gələcək karyerasında müvəffəqiyyətlər arzulayıb.
Komandanı qarşıdakı matçlarda Kovaçın köməkçisi Hans Flik hazırlayacaq.
Qeyd edək ki, hazırda "Bavariya" 18 xalla Bundesliqanın turnir cədvəlində dördüncü yeri tutur. Komanda Niko Kovaçın rəhbərliyi altında Almaniya çempionluğu, ölkə kuboku və Superkubok qazanıb.