AFFA İntizam Komitəsi "Keşlə" klubunu 80 manat cərimələyib.
Sportnet.az xəbər verir ki, səbəb kimi "Keşlə-2"nin I Divizionda "Qarabağ-2" ilə keçirdiyi IX tur matçında xərək daşıyan uşaqların yaşının əsasnaməyə uyğun olmaması göstərilib. Qaydalara görə, onların yaşı 18-dən aşağı olmamalıdır.
Qeyd edək ki, matç "Keşlə-2"nin qələbəsi ilə yekunlaşıb - 2:1.