Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, "Keşlə" və "Neftçi" arasında keçiriləcək turun mərkəzi görüşü gənc referi Vüqar Həsənliyə tapşırılıb. "Qarabağ" - "Zirə" matçını isə FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Azərbaycan Premyer Liqası, XI tur
9 noyabr (şənbə)
15:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
17:00. “Keşlə” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”
10 noyabr (bazar)
16:30. “Sabah” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bank Respublika Arena”
19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.