Kiprin APOEL klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"la keçirdikləri matçdan sonra qapıçısı Vid Beletslə bağlı qərarını açıqlayıb.
Sportnet.az sport-fm.com saytına istinadən xəbər verir ki, bu barədə klubun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos açıqlamasında bildirib. O deyib ki, APOEL müqavilə ilə İtaliya “Sampdoriya”sına məxsus 29 yaşlı qolkiperi almaq hüququna sahibdir və bundan yararlanacaq.
Qeyd edək ki, Vid Belets bu ilin yayında icarə əsasında APOEL-ə keçib. Kipr çempionu onu almaq üçün 100 min avrosundan keçməli olacaq. Sloveniyalı qapıçı Ağdam təmsilçisi ilə matçda hesab 1:1 olarkən komandasını bir neçə dəfə real qoldan xilas edib. Görüş APOEL-in qələbəsi ilə yekunlaşıb - 2:1.