"Bu, mənim üçün çox əlamətdar qol idi. Özümə əminlik aşıladıqları üçün komanda yoldaşlarıma və baş məşqçimizə minnətdaram".
Sportnet.az-ın məlumatına görə, bunu İspaniya "Sevilya"sının futbolçusu Brayan Xil Avropa Liqasının V tur matçında "Qarabağ"a vurduğu qolu şərh edərkən deyib. 18 yaşlı hücumçu görüşdən qalib ayrılmaq üçün böyük güc sərf etdiklərini bildirib: "Mənə verilən imkandan yararlanmalı və oyundan həzz almalı idi. Vurduğum qolu ailəmə və məni dəstəkləməyə gələn 2 dostuma həsr edirəm".
Qeyd edək ki, Ramon Sançes Pisxuan" stadionunda keçirilmiş matç "Sevilya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna 54-cü dəqiqədə daxil olan Brayan Xil bundan 7 dəqiqə sonra komandasının ilk qolunu vurub.