
Rusiyanın "Spartak" klubunda çıxış edən Ayaz Quliyev komandanın son məşqqində iştirak etməyib.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi xəstəliyi ilə əlaqədar hazırlıq prosesini qaçırıb. Quliyevin soyuqdəyməsi olduğu bəlli olub. O, hazırda müalicə kursunu davam etdirir.
Qeyd edək ki, "Spartak" dekabrın 1-də Rusiya Premyer Liqasında "Zenit"lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.