Portuqaliya milli komandasının futzalçısı Rikardinyo Fransanın AKSS klubu ilə müqavilə bağlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı oyunçu ilə sözləşmə müddəti 2023-cü ilədək nəzərdə tutulub. O, yeni komandasına iyulda qoşulacaq. AKSS hazırda Fransa çempionatının lideridir.
Qeyd edək ki, Rikardu Felipe da Silva 2018-ci ildə Portuqaliya millisinin heyətində Avropa çempionu olub. O, 6 dəfə - 2010, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə dünyanın ən yaxşı futzalçısı seçilib. Bu yaxınlarda Rikardinyo 2013-cü ildən çıxış etdiyi İspaniyanın "İnter Novistar" klubu ilə müqaviləni uzatmayacağını açıqlayıb.