
DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə yoldaşlıq oyunları keçirəcək.
Sportnet.az-ın məlumatına görə, artıq hər iki qarşılaşmanı idarə edəcək hakimlər bəlli olub.
Görüşlərin hakimləri Azərbaycan təmsilçiləri olacaq. İlk oyunda Hikmət Qafarlı, ikinci matçda Əli Cəbrayılov baş hakim olacaq.
21 yanvar
Azərbaycan - Özbəkistan
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı. Saat 20:00
22 yanvar
Azərbaycan - Özbəkistan
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Fuad Həsənov
Bakı İdman Sarayı. Saat 20:00