Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" komandası günü bir məşqlə başa vurub.
Sportnet.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektivin yerli vaxtla saat 11:00-da başlayan məşqi 1,5 saat davam edib.
Qeyd edək ki, "Keşlə" yanvarın 17-də Almaniyanın “Zwickau”, 22-də Rusiyanın “Arsenal Tula”, 24-də isə Slovakiyanın “Zemplin” klubları ilə qarşılaşacaq.