"Qarabağ"dan ayrılan Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" komandasının heyətində ilk oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi BƏƏ çempionatında XIII turun "Əl-Nəsr"lə səfər oyununda forma geyinib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətdə çıxan Almeyda 79-cu dəqiqədə əvəzlənib. Onun komanda yoldaşı 90+4-cü dəqiqədə qırmızı vərəqə aldığı üçün "Baniyas" görüşü azlıqda başa vurub.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran Almeydanın klubu 9-cu pillədə qərarlaşıb. "Əl-Nəsr" isə 23 xalla 5-cidir.