Britaniya "Metlok Taun"unun futbolçusu Cordan Sinnot komandasının oyunu ərəfəsində dava zamanı aldığı zədələrdən ölüb.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi ticarət cərgələrindən huşsuz vəziyyətdə tapılıb. Polisdən bildirilib ki, barda baş vermiş davada 8 kişi və 1 qadın iştirak edib. Çənə sümüyü ehtimalı ilə xəstəxanaya çatdırılan Sinnotun həyatını xilas etmək mümkün olmayıb. Polis şübhəli şəxsi yaxalayıb. Araşdırma nəticəsində 27 yaşlı kişi saxlanılıb.
Qeyd edək ki, Cordan Sinnot "Metlok Taun"da icarə əsasında forma geyinib. Klub İngiltərənin səviyyəcə 8-ci divizionunda çıxış edir. Futbolçunun müqavilə üzrə məxsus olduğu "Elferton Taun" da öz matçını keçirməkdən imtina edib.