
"Lion" klubunun futbolçusu Marten Teryo Fransa Liqa 1-in XXI turunun "Tuluza" ilə oyunu zamanı huşunu itirib.
Sportnet.az-ın məlumatına görə, 20-ci dəqiqədə 22 yaşlı yarımmüdafiəçi naməlum səbəbdən qazona sərilib. Dərhal meydana klubun tibb əməkdaşları daxil olub. Teryo meydandan xərəklə çıxarılıb. Az sonra klub oyunçunun qan təzyiqinin düşməsi üzündən huşunu itirdiyini bəyan edib. Yarımmüdafiəçi artıq özünə gəlib və özünü yaxşı hiss edir.
Görüş "Lion"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qeyd edək ki, bu mövsüm Marten Teryo 25 oyuna 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Onun "Lion"la müqaviləsi 2022-ci ilin yayınadəkdir.