
Türkiyə toplanışını başa vurduqdan sonra ikigünlük istirahətə buraxılan “Qəbələ” Bakıda bir araya gəlib.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XV turunda “Keşlə” ilə keçirəcəkləri görüşün hazırlığına paytaxtda start verib. Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv fitnes zalında hazırlıq keçib. Futbolçular müxtəlif fiziki təmrinlərini yerinə yetiriblər. “Qəbələ”nin bugünkü məşqi Bakı Olimpiya Stadionunda baş tutacaq.
Qeyd edək ki, fevralın 2-də keçiriləcək “Qəbələ” – “Keşlə” matçı saat 15:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda təşkil olunacaq.