
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Stiven N Zonzi karyerasını Fransa çempionatında davam etdirə bilər.
Sportnet.az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, müqavilə ilə İtaliya "Roma"sına məxsus fransalı yarımmüdafiəçi "Renn"ə keçməyə yaxındır.
Fransa təmsilçisi 32 yaşlı yarımmüdafiəçini icarəyə götürməyi planlaşdırır. Cari mövsüm "Qalatasaray"da çıxış etmiş N Zonzi keçirdiyi 10 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb. İstanbul klubu sonradan onu birdəfəlik almaq şərti ilə 1+1 sxemi üzrə "Roma"dan icarəyə götürüb.
Qeyd edək ki, peşəkar karyerasına "Amyen"də başlayan Fransa millisinin üzvü daha sonra İngiltərənin "Bləkbörn" və "Stok Siti", İspaniyanın "Sevilya" komandalarında oynayıb.